• Bakı 11° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Ermənistan gözəli - “Ata tərəfim Ərzurumdan, ana tərəfim Ərdahandandır”

ŞOU

07 Aprel 2026 | 19:55

Ermənistan gözəli - “Ata tərəfim Ərzurumdan, ana tərəfim Ərdahandandır”

Ötən il "Miss Ermənistan" gözəllik yarışmasının qalibi olmuş Anuş Ağabalyan mediaya müsahibəsində əsil-nəcabətinin Türkiyədən olduğunu açıqlayıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Anuş Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkələk rayonunun Zakvi kəndində doğulub böyüdüyünü bildirib. O, hazırda Tbilisi Dövlət Universitetində ingilis dilində ali təhsil aldığını qeyd edib.

"Uşaqlıqdan nənəm və babamdan köklərimiz haqqında çox şey eşitmişəm. Ata tərəfdən ailəmiz Ərzurumun Kampir kəndindən, ana tərəfdən isə Ərdahanın Vel kəndindən köçüb", - deyə Anuş Ağabalyan qeyd edib.

"Vətənə xidmət etməliyəm və bunu model sahəsindəki fəaliyyətimdə görürəm - bu sahə vasitəsilə erməni mədəniyyətini dünyaya təqdim edə bilirəm", - Ağabalyan əlavə edib.

 


SON XƏBƏRLƏR