• Bakı 11° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Geomaqnit qasırğası gözlənilir

CƏMİYYƏT

07 Aprel 2026 | 16:15

Geomaqnit qasırğası gözlənilir

7-13 aprel tarixlərində geomaqnit qasırğası gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, sözügedən tarixlərdə C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsirilə hal-hazırda normadan yüksək olsa da, 07-09 apreldə nominal qiymətinə geri dönəcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta  geomaqnit enliklərdə isə 15-1%-dir.


SON XƏBƏRLƏR