Bir neçə Aİ ölkəsi qərar qəbuletmədə veto səlahiyyətinin məhdudlaşdırılmasına və ya tamamilə aradan qaldırılmasına çağırıb.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, Almaniya və İsveç də oxşar təşəbbüs irəli sürüb.
Belə ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful xarici siyasət və təhlükəsizlik məsələlərində yekdillik prinsipindən imtina etməyin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Aİ-nin son qərarları, xüsusən də Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı qərarları dəyişikliyə ehtiyac olduğunu göstərir.
Fransa, Belçika və bir sıra kiçik Aİ dövlətləri veto hüququnun saxlanmasını dəstəkləyir. Onlar mövqelərini bu səlahiyyətin öz milli maraqlarına xidmət etdiyini iddia ediblər.
Gülşən Şərif
Bakı 




