• Bakı 14° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

"Nasosnu"da dəm qazından zəhərlənən uşaqların DURUMU

HADİSƏ

07 Aprel 2026 | 12:03

Nasosnuda dəm qazından zəhərlənən uşaqların DURUMU

Beş gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan 4-nün müalicəsi davam etdirilir.

Bakıvaxtı.az-ın xəbərinə görə, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Report-a bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfəri vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.


SON XƏBƏRLƏR