• Bakı 14° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Paşinyan Karapetyanı ələ saldı

DÜNYA

07 Aprel 2026 | 12:27

Paşinyan Karapetyanı ələ saldı

Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı milyarder və müxalif “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyana müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, o, milyarderi xalq qarşısında açıq çıxış etməyə çağırıb.

“Böyük hərf, kiçik hərf. Təklif “güclü”lərədir. “Güclü oğlan”, internetin də var, telefonun da. Canlı yayıma çıx, xalqına bir-iki söz de. Ya da iki sözü üst-üstə deyə bilmirsənsə, paylaşdığın mətni götür, hərfbəhərf üzündən oxu. Əgər oxuya bilsən, qəbul edəcəyəm ki, sən “güclü oğlan”san”, - Paşinyan sosial mediada qeyd edib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.


SON XƏBƏRLƏR

06 Aprel 2026