• Bakı 15° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Subasan ərazilərdə vəziyyət necədir? - VİDEO

CƏMİYYƏT

07 Aprel 2026 | 09:11

Subasan ərazilərdə vəziyyət necədir? - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.


SON XƏBƏRLƏR

06 Aprel 2026