• Bakı 11° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Günlərdir ölən sahiblərinin məzarından AYRILMIRLAR - VİDEO

DÜNYA

07 Aprel 2026 | 18:53

Günlərdir ölən sahiblərinin məzarından AYRILMIRLAR - VİDEO

Uzun illər pişiklərə qayğı göstərən bir şəxsin vəfatından sonra təsirli mənzərə ortaya çıxıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 10 il boyunca sahibsiz pişiklərə baxan həmin insanın ölümündən 9 gün keçməsinə baxmayaraq, heyvanlar hələ də onun məzarı ətrafından ayrılmır. Pişiklərin sanki sahibini gözləyirmiş kimi davranması görənləri kövrəldib.

Hadisə sosial şəbəkələrdə də geniş yayılaraq insanların diqqətini çəkib. İstifadəçilər bu sədaqəti duyğusal şərhlərlə qarşılayaraq heyvanların insana bağlılığının bir daha sübut olunduğunu qeyd ediblər.

Bu təsirli görüntülər bir daha göstərir ki, sevgi və qayğı heç vaxt qarşılıqsız qalmır./Milli.az


SON XƏBƏRLƏR