“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov bu gün “Zirə” ilə 1:1 hesabı ilə başa çatan matçda etdiyi hərəkətlə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, o, hakimin qərarına əsəbiləşərək planşetini sındırıb.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da ötən il “Araz-Naxçıvan”la Azərbaycan Kubokunun ilk yarımfinal oyununda hakimin qərarına əsəbiləşərək planşetini sındırmışdı.
Bakı 




