Bu mövsüm qeyri-qənaətbəxş çıxışla azarkeşlərini məyus edən "Çelsi" hücumçusu Liam Delapla əməkdaşlığa son qoymağı planlaşdırır.
Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, London təmsilçisi hücum xəttinə yeni oyunçu cəlb etmək üçün fəaliyyətə başlayıb.
Ümidləri doğrultmayan Liamı satmaq qərarını qətiləşdirən "zadəganlar" onun yerinə PSJ-nin forvardı Qonsalu Ramuşu almaq istəyirlər.
Delap 2025-ci ilin yayında "Çelsi"yə keçib. Cari "futbol ili"ndə "göylər"in heyətində bütün turnirlərdə 38 matça çıxan ingilis futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Ramuş 2024-cü ildən PSJ-nin uğurları üçün çalışır.
Bakı 




