• Bakı 11° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Amerikalı reperin Böyük Britaniyaya girişi qadağan edildi 

ŞOU

07 Aprel 2026 | 21:00

Amerikalı reperin Böyük Britaniyaya girişi qadağan edildi 

Amerikalı reper Kanye Vest antisemit açıqlamaları ilə bağlı yaranan qalmaqaldan sonra Böyük Britaniyaya buraxılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud onun ölkəyə girişini ictimai maraqlara uyğun olmadığı əsaslandırması ilə qadağan edib. Məlumata görə, Kanye Vest Böyük Britaniyaya səfər etmək üçün Elektron Səyahət İcazəsi almağa müraciət edib, lakin hökumət onun ölkəyə girişinə icazə verməyib.

Antisemitizmə Qarşı Kampaniya təşkilatı qərarı dəstəkləyərək bildirib ki, Daxili İşlər Nazirliyi düzgün addım atıb. Təşkilatın nümayəndəsi qeyd edib ki, festival təşkilatçıları antisemitizmə münasibətdə mövqelərini yalnız sonradan sərtləşdiriblər.

Qeyd edək ki, reperin 10–12 iyul tarixlərində festival çərçivəsində üç gün ardıcıl çıxış etməsi planlaşdırılırdı.


SON XƏBƏRLƏR