Əməkdar artist Elnarə Abdullayeva son günlər ünvanına deyilən tənqidlərə reaksiya verib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni "İncə səhər" proqramında bununla bağlı sualları cavablandırıb. O bildirib ki, gənclərə məsləhət vermək haqqı var:
"Adi bir söz danışdım. Ev söhbəti idi. Bunu qloballaşdırdılar. Xalqla sənətkarın arasına girmək olmaz. Bizim borcumuzdur tərbiyəli danışmaq, kiminsə haqqına girməmək. Borcumuzdur yaşımıza uyğun danışmaq. Necə cahil olum ki, dünyadan xəbərim olmasın? Xəbərin olmadan çıxıb danışasan ki, TikTok-da, vatsapda nə var. Hər şeyin sonuna çatın. "Filankəs dedi" ilə söz danışmırlar. Elə şeylər var ki, fikir bildirirsənsə, internetə bax. Gör, danışdığınız insanın neçə yaşı var, kimdir, haradan gəlib. Biz yetişən nəsil, cavanlara yol göstərib, yaxşı söz deyə bilərk. "Sən niyə oxuyursan" nədi? Ağıllı ol. Qulağını aç, mən Respublikanın Əməkdar artistiyəm. Adımın üstündə "artist" sözü var".
Qeyd edək ki, E.Abdullayeva "Qadın vatsapa foto qoyur. Niyə qoymalısan? Başqasının kişisi niyə sənə baxmalıdır" açıqlaması ilə gündəmə gəlib./Axşam.az
Bakı 




