İsrail Müdafiə Qüvvələri (IDF) İranda 8 körpünü məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.
İsrail hərbçiləri iddia edir ki, bu körpülər silah və texnikanın daşınması üçün istifadə olunurdu.
"İsrail Müdafiə Qüvvələri İran silahlı qüvvələri tərəfindən silah-sursat və hərbi əmlakın ölkənin müxtəlif bölgələrinə, o cümlədən Tehran, Kərəc, Təbriz, Kaşan və Quma daşınması üçün istifadə olunan səkkiz körpüyə hücum edib" - məlumatda qeyd olunub.
Mətbuat xidmətində bildiriblər ki, IDF İranın hərbi məqsədlərlə istifadə etdiyi bütün obyektlərə qarşı əməliyyatları davam etdirəcək.
17:55
İsrail Hərbi Hava Qüvvələri bu gün İrandakı dəmir yolu şəbəkəsinin təxminən 10 əsas hissəsinə və körpülərə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşrinə bir mənbə məlumat yayıb.
Nəşrin məlumatına görə, hücumlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) silah daşımasının qarşısını almaqla bağlı səylərinin bir hissəsi olub.
Zərbələrdən qısa müddət əvvəl İsrail Müdafiə Ordusu İran sakinlərinə axşama qədər dəmir yolu nəqliyyatından istifadə etməkdən çəkinmələri barədə xəbərdarlıq edib.
Mənbə qeyd edib ki, SEPAH silah və hərbi yüklərin daşınması üçün dəmir yolu və avtomobil körpülərindən istifadə edib. İsrail daha əvvəl İranın infrastruktur obyektlərinə iqtisadi zərər vurmaq məqsədilə zərbələr endirməyə hazır olduğunu bəyan etmişdi.
Bakı 




