ABŞ Dövlət Departamenti Bəhreyndə olan vətəndaşlara növbəti xəbərdarlığa qədər evdə qalmağı tövsiyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.
Bakı 




