Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb.
Əmrə əsasən, Bərxudarov Bəxtiyar Məmməd oğlu Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri təyin edilib.
Qeyd edək ki, adıçəkilən filialın əvvəlki müdiri Tamerlan Qasımov bir neçə ay əvvəl Dövlət Məşğulluq Agentliyinin Böyük qayıdışa dair məşğulluq məsələləri departamentinin müdiri təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Bərxudarov şəhid Toğrul Bərxudarovun qardaşıdır. T.Bərxudarov 2020-ci il sentyabrın 20-də şəhidlik məqamına yüksəlib.
Bakı 




