ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədilə qurduğu təxribatları neytrallaşdırmaq üçün region ölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.
"Naxçıvana şübhəli PUA zərbəsi hadisəsindən, İran limanlarının və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından, habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid edilməsindən sonra, ABŞ və İsrail İranın Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib", - deyə bəyanatda vurğulanıb.
Diplomatik nümayəndəlik İsrailin müharibə coğrafiyasını Xəzər və Qafqaza genişləndirmək cəhdlərinə qarşı mübarizənin zəruri olduğunu bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İran İsrailə və ABŞ-ın regiondakı hərbi obyektlərinə zərbələrlə cavab verir.
Bakı 




