• Bakı 11° C

    10.61 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Baş prokurorun sabiq birinci müavini vəfat etdi - FOTO

CƏMİYYƏT

07 Aprel 2026 | 23:46

Baş prokurorun sabiq birinci müavini vəfat etdi - FOTO

Azərbaycanın Baş prokurorunun sabiq birinci müavini, keçmiş deputat Mətləb Mütəllimli vəfat edib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. O, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.

M.Mütəllimli eyni zamanda Sosial Ədalət Partiyasının sədri kimi fəaliyyət göstərib.

Müstəqilliyin ilk illərində hüquq-mühafizə orqanlarında çalışaraq Azərbaycanın Baş prokurorunun birinci müavini vəzifəsinədək yüksəlib.

Qeyd edək ki, mərhum ailəli idi, üç övladı var.

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR

07 Aprel 2026