• Bakı 11° C

    10.61 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

“Təkliflə bağlı məlumatlı deyiləm” - Tramp

DÜNYA

08 Aprel 2026 | 00:31

“Təkliflə bağlı məlumatlı deyiləm” - Tramp

ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şərifin İrana qoyulan müddətin 2 həftə uzadılması ilə bağlı təklifinə münasibət bildirib.

Bakıvaxtı.az  bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, Ağ Ev rəhbəri pakistanlı həmkarı haqqında müsbət fikirlər səsləndirsə də, təkliflə bağlı məlumatlı olmadığı üçün hələlik tam qərar vermədiyini deyib:

“Mən Şərifi çox yaxşı tanıyıram, o, çox hörmətli bir insandır. Hazırda bu təkliflə bağlı tam məlumatlı deyiləm, çünki İranla danışıqlarımız hələ də gərgin şəkildə davam edir”.

Qeyd edək ki, İsrail mediası artıq Trampın bu müraciəti rədd etdiyini iddia edib. Məlumata görə, ABŞ rəhbərliyi Hörmüz boğazının dərhal açılmayacağı təqdirdə, hərbi əməliyyatların miqyasını genişləndirmək niyyətindədir.


SON XƏBƏRLƏR

07 Aprel 2026