İsrail ordusu ABŞ prezidentinin İrana verdiyi ultimatumun saat 20:00-da (Bakı vaxtı ilə saat 04:00) başa çatması ilə bağlı xəbərdarlıq yayıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən bildirir ki, ordunun açıqlamasında yaxın saatlarda İsrailə qarşı atəşlərin güclənə biləcəyi vurğulanır:
“Vəziyyətin qiymətləndirilməsindən sonra hazırlıqlar çərçivəsində İsrail dövlətinin ərazisinə doğru atəşin artması mümkündür”.
Hərbi qurum əhalini ayıq və diqqətli olmağa çağırıb.
Aydın Baxış
Bakı 




