Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün sosial təminat mexanizmi işə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, yeni qaydalara əsasən, hər bir şagirdə aylıq 50 manatlıq təminat, onların ailələrinə isə 100 manatlıq dəstək ayrılır. Bununla yanaşı, əlavə 100 manatlıq vəsait xüsusi karta yönləndirilərək toplanır.
Qərarın məqsədi kursantların sosial rifahını yaxşılaşdırmaq, təhsilə əlçatanlığı artırmaq və ailələrin maddi yükünü azaltmaqdır. Bu təminat mexanizminin növbəti dövrlərdə daha geniş tətbiq olunacağı gözlənilir.
Murad İsmayıl
Bakı 




