q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?

SİYASƏT

17 Aprel 2026 | 13:23

İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.

Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, bu, qurumun sabiq icra başçısı Vilyam Hacıyevin mənimsəmə faktları ilə əlaqədardır.

Belə ki, 2019-cu ildə İmişli RİH üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən üç milyon manat vəsait ayrılıb.

Bundan sonra İmişli RİH-lə Vüqar Məhərrəmovun rəhbəri olduğu "NTC Company" şirkəti arasında tender müqaviləsi imzalanıb.

Lakin Vilyam Hacıyev şirkətə tikinti üçün ödəniləcək məbləğdən 30% "otkat" (rüşvət) alıb. 974 193 manat vəsait "NTC Company" şirkətinin nümayəndəsi Səyalı Səfərova tərəfindən Vilyam Hacıyevin sürücüsü vasitəsilə hazırda həbsdə olan keçmiş icra başçısına çatdırılıb.

Maraqlıdır ki, Vilyam Hacıyevin həbsindən sonra bu işdə zərərçəkmiş kimi tanınan İmişli RİH sözügedən məbləğin geri alınması üçün məhkəməyə müraciət edib. İmişli RİH iddia ərizəsində 974 min manatın Vilyam Hacıyevin müsadirə edilən əmlakları hesabına geri ödənilməsini istəyib. Bütün instansiya məhkəmələri İmişli RİH-in bu tələbini təmin edib. Vilyam Hacıyev isə işi Ali Məhkəməyə qədər daşıyıb, lakin onun kassasiya şikayəti təmin edilməyib.

Onu da bildirək ki, İmişli RİH-in inzibati binasının tikintisi üçün ötən ilin dekabrında da "NTC Company" şirkəti ilə yarım milyon manatlıq tender müqaviləsi imzalanıb. İmişlinin hazırkı icra başçısı Elçin Rzayevdir.

Qeyd edək ki, Vilyam Hacıyev 2020-ci il il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) RİH-in binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ildə Ali Məhkəmənin qərarı ilə V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.


SON XƏBƏRLƏR