Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün hər hansı “qarant” institutuna ehtiyac görmür.
Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə seçkiqabağı kampaniya zamanı danışıb.
Paşinyan qeyd edib ki, bu məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində deyil.
“Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq”, — deyə Paşinyan vurğulayıb.
Nikol Paşinyan bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu vurğulayıb.
Bakı 




