q
  • Bakı 18° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Hörmüzdən asılılığı bu yolla azaltmaq istəyirlər

DÜNYA

15 May 2026 | 14:05

Hörmüzdən asılılığı bu yolla azaltmaq istəyirlər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni neft kəmərini istismara verməyi planlaşdırır.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə 2027-ci ilə qədər Füceyra limanı üzərindən neft ixracını ikiqat artırmağı nəzərdə tutur.

Bu məqsədlə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ADNOC şirkətinə “Qərb-Şərq Boru Kəməri” layihəsini sürətləndirməyi tapşırıb.

Qeyd edək ki, hazırda Körfəz ölkələrindən yalnız BƏƏ və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərlərinə malikdir. BƏƏ-də fəaliyyət göstərən Əbu-Dabi xam neft boru kəməri gündəlik 1,8 milyon barelə qədər neft ötürə bilir. Bu kəmər ölkəyə Hörmüz boğazından keçmədən Oman körfəzi üzərindən birbaşa ixrac imkanı yaradır.


SON XƏBƏRLƏR

14 May 2026