q
  • Bakı 21° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Knyaz Əmiraslanov vacib oyunu idarə edəcək

İDMAN

15 May 2026 | 12:56

Knyaz Əmiraslanov vacib oyunu idarə edəcək

Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından  Bakıvaxtı.az-a verilən məlumata görə, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.

"Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması FIFA referilərinə tapşırılıb. Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək.

Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli hakim-inspektor olacaq.

Xatırladaq ki, oyun mayın 18-də, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. "Neftçi" hazırda 52 xalla liderdir. İkinci sıradakı "Araz-Naxçıvan"ın 49 xalı var. Naxçıvan təmsilçisi çempion olmaq üçün mütləq rəqibini 3 top fərqi ilə məğlub etməlidir.


SON XƏBƏRLƏR

14 May 2026