• Bakı 25° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb - YENİLƏNİB

İDMAN

13 Iyun 2026 | 07:51

DÇ-2026: ABŞ Paraqvay üzərində qələbə qazanıb - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vurublar. Paraqvayın heyətində isə Maurisio (73) dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.

06:40

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında paraqvaylılar hesba arasındakı fərqi azaldıblar - 1:3.

73-cü dəqiqədə Maurisio buraxılan qollardan birinin əvəzini çıxıb.

06:07

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 3:0 hesabı ilə öndədirlər.

Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

05:54

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ilk hissə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fasiləyə 3:0 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

05:53

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az  xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fərqi bir qədər də artırıblar - 3:0.

45+5-ci dəqiqədə Folarin Baloqan dubl müəllifi olub.

05:35

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri fərqi iki topa çatdırıblar - 2:0.

31 dəqiqədə Folarin Baloqan çərçivəni dəqiq nişan alıb.

05:11

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri hesabda irəli çıxıblar.

Paraqvayın heyətində 7-ci dəqiqədə Damyan Bobadilya avtoqol müəllifi olub.

05:03

Futbol üzrə dünya çempionatının ABŞ - Paraqvay oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, D qrupunun matçı Los Anceles stadionunda keçirilir.

Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026