q
  • Bakı 18° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi

MEDİA

15 May 2026 | 14:22

AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi

Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Sabah" Eksperimental Yaradıcılıq Emalatxanası bağlanıb.

Bakıvaxtı.az "Yeni Sabah"a istinadla xəbər verir ki, emalatxana 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb.

Əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar bu emalatxanada hazırlanıb. Studiyanın istehsalı olan "Ac həriflər" televiziya tamaşası "Humay" mükafatına layiq görülüb. Eksperimental bir qurum kimi "Sabah"ın nəzdində təşkilatlanmış "Sınaq" studiyası efir vasitəsilə özünəməxsus teletamaşalar paradı keçirib.

1993-cü ildən "Sabah" Yaradıcılıq Studiyasında müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib.

"Sabah" Yaradıcılıq Studiyasının direktoru, görkəmli teatr, kino, televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğludur.


SON XƏBƏRLƏR

14 May 2026