ABŞ-nin Texas ştatında ölüm hökmünə məhkum edilmiş Edvard Li Busbi adlı şəxs edam olunub. Bununla da Texas 1982-ci ildən bəri həyata keçirdiyi edamların sayını 600-ə çatdırıb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Busbi 21 il ölüm kamerasında qaldıqdan sonra öldürücü iynə (letal inyeksiya) vasitəsilə cəzalandırılıb.
Məlumat üçün bildirək ki, Busbi universitet professoru, 77 yaşlı təqaüdçü Lora Li Kraneini 2004-cü ildə qətl edib.

Qeyd edək ki, Texas ABŞ-də ölüm hökmünü ən çox tətbiq edən ştat hesab olunur. Ştatda ilk müasir edam 1982-ci ildə həyata keçirilib və bu həm də ABŞ tarixində letal inyeksiya ilə icra edilən ilk edam olub.
Son illərdə ABŞ-də ölüm hökmünün tətbiqi azalsa da, Texas bu siyasəti davam etdirən əsas ştatlardan biri olaraq qalır. İnsan haqları təşkilatları isə ölüm hökmünün ləğvi üçün çağırışlarını gücləndirirlər və bu cəzanın həm etik, həm də hüquqi baxımdan ciddi suallar doğurduğunu bildirirlər.
Bu son edam ABŞ-də ölüm hökmü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəziləri bunu ədalətin təntənəsi hesab etsə də, digərləri ölüm hökmünün müasir hüquq sistemində yeri olmadığını müdafiə edir.
Aydın
Bakı 




