Vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əfqan Vəliyev dindirilib.
Onun sözlərinə görə, o, mənzil istismar sahəsinin mühəndisdir :
"Gördüm ki, bizim ərazidə tikinti işləri gedir və ərazini "setkaya" alınıb. Tikintini aparan şəxs olan Valeh sənədləri göstərdi. Təqsirləndirilən şəxs müəyyən qurumlara yazdı və iş dayandı. Söylədi ki Valehə denən gəlsin mən onun tikinti işlərinin yenidən davam etdirilməsinə köməklik edəcəm. Mən də Valehə dedim. Onlar görüşdülər. Elçin ondan 120 min manat pul istədi. Bildirdi ki, şəhərsalma, digər qurumları razı salmaq üçün bu qədər pula ehtiyac var. Sonda ümumilikdə 80 minə razılaşdılar. İşlər yenidən başlanandan arxitektura işi dayandırdı. Elçin Valehə dedi ki, narahat olma qaydasına düşəcək. 3 ay belə uzandı. Sonda Valeh Nərimanov Rayon Polisinə müraciət etdi".
Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, Elçin Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı 




