• Bakı 23° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

HADİSƏ

13 Iyun 2026 | 22:20

Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bakıvaxtı.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən "Chevrolet" markalı nəqliyyat vasitəsinin sürücüsü Bayram Əhmədov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü B.Əhmədovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026