• Bakı 24° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

11 kq-dan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

HADİSƏ

13 Iyun 2026 | 17:42

11 kq-dan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

İrandan 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumata görə, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə – marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026