• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

 Ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEÖ

DÜNYA

13 Iyun 2026 | 15:02

 Ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEÖ

Türkiyənin Ağrı şəhərində gənc müəllimin şübhəli şəkildə həyatını itirməsi ictimaiyyətdə böyük rezonans doğurub.

Bakıvaxtı.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həyatının baharında vəfat edən İrmak Ayşe Koparanın səs yazısının ortaya çıxması hadisəyə dair yeni iddiaları gündəmə gətirib.

İddialara əsasən, müəllim şikayət etdiyi məktəb rəhbəri əvəzinə uzaq kənd məktəbinə göndərilib. Onun yaşayış şəraitinin təmin olunmadığı, hər gün işə getmək üçün təxminən 3 min TL taksi xərci ödəmək məcburiyyətində qaldığı bildirilir.

Səs yazısında müəllimin çarəsiz vəziyyəti və yaşadığı çətinlikləri ifadə etdiyi iddia olunur. Bu vəziyyətin onun üzərində ciddi psixoloji təzyiq yaratdığı qeyd edilir.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Məsələ Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə böyük narahatlıqla izlənilir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026