• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Ünal Üstel: Güclü Azərbaycan dövləti bütün Türk dünyasının qürurudur

SİYASƏT

13 Iyun 2026 | 13:46

Ünal Üstel: Güclü Azərbaycan dövləti bütün Türk dünyasının qürurudur

Güclü Azərbaycan dövləti bütün Türk dünyasının qürurudur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ünal Üstel Azərbaycanda keçirilən Şimali Kiprin Mədəniyyət Günü çərçivəsində media üçün brifinqdə deyib.

"Bizim münasibətlər qardaşlığın, birliyin və dostluğun nümayişidir. Türkiyə, Azərbaycan və Şimali Kipr arasındakı bağlar təkcə diplomatiya müstəvisimdə deyil. Bu eyni taleyin, mədəniyyətin təzahürüdür"., - o əlavə edib.

Baş nazir 15 iyun Milli Qurtuluş Günü barəsində də fikirlərini ifadə edərək deyib ki, bu tarix Azərbaycan üçün tarixi dönüş böqtəsidir:

"Məhz bu təməlli və aparıcı siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti bütün türk dünyasının qürurudur. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir".

Ünal Üstel Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu, ona dəstək nümayiş etdirdiyini vurğulayıb:

"Biz Şimali Kipr xalqı olaraq bunu heç vaxt umutmayacağıq. Bu gün Azərbaycan və Türkiyə dövlət başçılarının iradəsi ilə Türk dünyası daha güclü nöqtəyə gəlib çatıb. Biz inanırıq ki, qardaşlıq ən böyük sərmayəmizdir".

O, Mədəniyyət Gününün yüksək təşkilatçılığı və qonaqpərvərlik üçün Prezident İlham Əliyevə təşəkkürlərini də ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026