• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə öldü

HADİSƏ

13 Iyun 2026 | 15:15

Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə öldü

Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026