• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

"Krokus" terrorçuları ilə əlbir olan Həsən SAXLANILDI

DÜNYA

13 Iyun 2026 | 15:56

Krokus terrorçuları ilə əlbir olan Həsən SAXLANILDI

2024-cü ilin mart ayında "Krokus" Şəhər Zalına hücumu həyata keçirən terrorçuların əlbirlərindən biri olan Həsən Altemirov saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Onun Rusiyada terrorçu kimi tanınan və qadağan olunmuş Batal-Hacı Belxoroyev dini hərəkatının ardıcıllarından ibarət qrupun (virda) militant qanadının fəal üzvü olduğunu üzə çıxıb. 

FTX əməkdaşları və müstəntiqləri 54 yaşlı Altemirovun terror aktı iştirakçılarından birinə yeni pasport verdiyini, onun bu pasportla xaricə səyahət etdiyini və hələ də axtarışda olduğunu aşkar ediblər. Bu, "Crocus City Hall"a hücumda iştirak edən terrorçuları silahlandıran Batır Kulayevdir. 

Cinayət işinin materiallarına görə, İnquş əsilli Xusen Medov, Cəbrayıl Auşev, Xavaj-Baqaudin Əliyev və Kulayev beş boş avtomat və 1881 ədəd 7.62 mm-lik patron əldə ediblər. Silahlar və sursatlar İnquşetiyada gizlədilib və daha sonra Moskva vilayətinə göndərilib./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026