AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Xatırladaq ki, ötən gün Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələri bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də uğurla eniş edib.
Bakı 



