• Bakı 25° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

“Sədərək”də biznesmen bıçaqlandı

CƏMİYYƏT

12 Iyun 2026 | 17:32

“Sədərək”də biznesmen bıçaqlandı

“Sədərək” Ticarət Mərkəzində bıçaqlanma olub.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadla, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.

İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026