• Bakı 26° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO

ŞOU

13 Iyun 2026 | 12:50

Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO

Müğənni Şəbnəm Tovuzlu çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, səhnəyə azyaşlı qızın çıxaraq rəqs etmək istəməsi sənətçinin diqqətini çəkib. Şəbnəm Tovuzlu təhlükəsizlik baxımından buna etiraz edərək səhnədə müxtəlif texniki avadanlıqların və elektrik qurğularının olduğunu, uşağın xəsarət ala biləcəyini bildirib.

Hadisə zamanı tamaşaçılara müraciət edən ifaçı azyaşlının səhnədən uzaqlaşdırılmasını istəyib. Lakin həmin an onun özü də çətin vəziyyətlə qarşılaşıb.

Kadrlardan görünür ki, müğənni hərəkət edərkən müvazinətini itirmək üzrə olub və yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb. Xoşbəxtlikdən vəziyyəti nəzarətdə saxlamağı bacaran sənətçi çıxışını davam etdirib.

Yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər həm azyaşlıların səhnəyə çıxmasının təhlükəli olduğunu vurğulayıb, həm də Şəbnəm Tovuzlunun yaşadığı gərgin anlarla bağlı fikirlərini bölüşüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026