• Bakı 25° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Şuşada TDT-nin rəqabət qurumları arasında birgə kommünike qəbul edilib

SİYASƏT

13 Iyun 2026 | 14:10

Şuşada TDT-nin rəqabət qurumları arasında birgə kommünike qəbul edilib

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində yeni qərarlar qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, keçirilən tədbir türk dünyasında iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.

"İclas zamanı tərəfdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Görüşün nəticəsində qurumlar arasında əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən birgə kommünike imzalanıb.

Kommünikedə rəqabət sahəsində strateji fəaliyyət prioritetləri və gələcək addımlar öz əksini tapıb. Bundan başqa, iştirakçı qurumlar arasında bir sektoral araşdırmanın həyata keçirilməsi və rəqabət mövzuları üzrə üç işçi qrupun formalaşdırılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan tərəfi TDT ölkələrinin rəqabət qurumları arasında strateji tərəfdaşlığın gücləndirilməsinə bundan sonra da hərtərəfli dəstək verəcək", - E. Bağırov vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026