q
  • Bakı 21° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

ASAN əməkdaşlarının geyimi 1.7 milyona başa gəlir

CƏMİYYƏT

15 May 2026 | 12:48

ASAN əməkdaşlarının geyimi 1.7 milyona başa gəlir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərinin əməkdaşları üçün xidməti geyimlərin satın alınması ilə bağlı açıq tender elan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 763 min 753 manat 67 qəpik təşkil edir.

Satınalma sənədlərinə əsasən, "ASAN xidmət" əməkdaşları üçün müxtəlif növ xidməti geyimlərin alınması nəzərdə tutulur.

Bunlara 1 071 ədəd kişi kostyum dəsti, 1 810 ədəd qadın kostyum dəsti (pencək, ətək və ya şalvar), 2 133 ədəd loqolu qalstuk, 2 140 ədəd kişi uzunqol köynək və 3 620 ədəd qadın uzunqol köynək daxildir.

Bundan əlavə, satınalma çərçivəsində digər geyim və aksesuarların alınması da planlaşdırılır. Ümumilikdə tender üzrə 10 adda məhsulun tədarükü nəzərdə tutulub.


SON XƏBƏRLƏR

14 May 2026