q
  • Bakı 19° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Üçgünlük atəşkəsdən sonra hücumlar: Rusiya-Ukrayna savaşında heç kim üstün deyil

SİYASƏT

15 May 2026 | 15:39

Üçgünlük atəşkəsdən sonra hücumlar: Rusiya-Ukrayna savaşında heç kim üstün deyil

“Hazırda cəbhədə heç bir tərəfin hərbi üstünlüyü yoxdur”.

Bunu politoloq Zaur Məmmədov Rusiya və Ukraynanın qısamüddətli atəşkəsdən sonra bir-birinə hücumlarını şərh edərkən Bakıvaxtı.az-a deyib.

Siyasi şərhçi bildirib ki, əgər tərəflərdən biri üstünlüyə sahib olsaydı, qarşı tərəfi masaya əyləşməyə və şərtlərini qəbul etməyə məcbur edərdi:

“Lakin iki tərəf də bir-birinə öz şərtlərini diktə etməyə çalışır. 2022-ci ildən bu yana təxminən 70 min kv.km-dən çox Ukrayna ərazisini nəzarətə götürüb. Hazırda tərəflər arasında danışıqlarda ən çətin məqam odur ki, Moskva təkcə iki vilayətin – Luqansk və Donetskə deyil, eyni zamanda Xerson və Zaporejyeyə də nəzarəti tam ələ almaq istəyir. Rusiya sadəcə kompramis kimi Sumi vilayətinin və Xarkovun tutduğu 5 faizlik ərazilərini geri qaytarmağa razılıq verə bilər”.

Onun sözlərinə görə, Moskvanın tələbi həm də odur ki, dörd vilayət “referendum” keçirməklə özlərini Rusiyaya “bağlayıblarsa”, dünya da bu əraziləri Rusiya torpaqları kimi tanımalıdır:

“Prezident Volodimir Zelenski buna gedərsə, o zaman sual yaranacaq ki, indiyədək nəyi gözləyirdi? Kiyevin israrı ondan ibarətdir ki, ordular hazırda hansı təmas xəttindədirsə, vəziyyət dondurulsun və danışıqlar davam etdirilsin. Əslində Ukrayna ordusu zəif deyil və müharibənin ilk dövrü ilə müqayisədə hazırda öz ordusunu 50-60 faiz silahla təchiz edir. Yeganə yol odur ki, ABŞ və Avropa bu müharibəni dayandırsınlar”.

Zaur Məmmədov: Yeganə yol odur ki, ABŞ və Avropa bu müharibəni dayandırsınlar

Analitik əlavə edib ki, Rusiya və Ukrayna müharibəsi başlayanadək Şərqi Avropa ölkələri Moskva ilə normal münasibətlərə malik idi:

“Digər tərəfdən, Rusiya slavyan xalqları ilə yaxın əlaqələrə sahib idi. Kreml özünü slavyanlar məsələsində birləşdirici qüvvə hesab edirdi. Rusiya müharibəyə başlamaqla bu məqamları məhv etdi. Moskva istəsə belə bunları geri qaytara bilməz. Belarusu saymasaq, Rusiyanın yanında duran ölkə yoxdur. Bu da ABŞ-nin əvvəldən yazdığı bir ssenaridir”.

Həmsöhbətimiz hesab edir ki, əgər Rusiya Ukraynadakı inqilablarla dərindən məşğul olsaydı, bu gün iki ölkə arasında müharibəni görməyəcəkdik. Halbuki, Ukraynadakı inqilablar birbaşa Rusiyaya qarşı idi və NATO-nun genişlənmə siyasəti idi:

“Ancaq Moskva Kiyevlə bağlı zamanında addım atmadı. Nəticədə 2014-cü il hadisələri baş verdi. 2022-ci ildən bu yana tərəflər müharibə şəraitindədir. Yəni ABŞ öz məqsədinə çatdı”.

Aydın Baxış


SON XƏBƏRLƏR