Şəki şəhər 5 nömrəli tam orta məktəbinin iki məzunu bu il vəfat edib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, mayın 6-da Şəkidə “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 23 yaşlı sərnişin Elçin Əhmədli hadisə yerində həyatını itirib.
Adıçəkilən məktəbin digər məzunu Ruslan Mustafayev isə yanvarın 2-də evdə olarkən səhhətində yaranan problem səbəbindən 23 yaşında vəfat edib.
Elçin və Ruslanın yaxın dost olduqları deyilir.
“Elçin Ruslanın dəfn mərasimində iştirak etmişdi. Bu itki onu çox sarsıtmışdı. Hər ikisinin bir-birlərinə böyük hörməti vardı" - yaxınları bildirib.
Qeyd edək ki, dünyasını dəyişmiş hər iki şəxs orta məktəbdən 2020-ci ildə məzun olub.
Murad İsmayıl
Bakı 




