q
  • Bakı 21° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Prezident Qazaxıstana getdi - FOTOLAR

SİYASƏT

15 May 2026 | 12:30

Prezident Qazaxıstana getdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşılayıblar.


SON XƏBƏRLƏR

14 May 2026