Bu gün Misli Premyer Liqasında 32-ci tura start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə turnir cədvəlinin autsayderləri üz-üzə gələcəklər. "Karvan-Yevlax" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Günün digər matçında isə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur. Bu matç isə saat 19:30-da "SOCAR Polymer Arena"da baş tutacaq.
Misli Premyer Liqası
XXXII tur
15 may
17:00, "Karvan Yevlax" - "Qəbələ"
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Yevlax şəhər stadionu,
19:30, "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"SOCAR Polymer Arena"
Bakı 




