q
  • Bakı 18° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Məhkəmə Paşinyanın Karapetyana qarşı iddiasını icraata qəbul edib

SİYASƏT

15 May 2026 | 13:27

Məhkəmə Paşinyanın Karapetyana qarşı iddiasını icraata qəbul edib

Ermənistanda məhkəmə "Vətəndaş müqaviləsi" partiyasından baş nazirliyə namizəd Nikol Paşinyanın "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyana qarşı məhkəmə iddiasını icraata qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

O, Ermənistan Baş nazirinin "halüsinogen göbələklər" qəbul etməsi barədə bəyanatına görə Karapetyanı məhkəməyə verib. Paşinyan kompensasiya olaraq 6 milyon dram (təxminən 16 min dollar) tələb edir.

İddia ərizəsində göstərilən məlumatların böhtanxarakterli olduğu qeyd edilir, bununla əlaqədar açıq təkzib və maddi kompensasiya tələbləri irəli sürülüb.


SON XƏBƏRLƏR

14 May 2026