Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında gümüş medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici final görüşündə ukraynalı Olena Kolubay ilə qarşılaşıb. Görüş rəqibin 10:0 hesablı qələbəsi ilə başa çatdığı üçün idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.
Bakı 




