“Real Madrid”in ulduz futbolçusu Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə yaşadığı insidentdən sonra Avropa nəhəngləri hərəkətə keçib.
Bakıvaxtı.az AS nəşrinə istinadən xəbər verir ki, bir sıra yüksəksəviyyəli klublar 27 yaşlı yarımmüdafiəçinin Madrid klubundan mümkün gedişini gözləyirlər.
Məlumata görə, uruqvaylı futbolçunun transfer qiyməti 100-120 milyon avro arasında qiymətləndirilir. Oyunçunun xidmətində ən aktiv maraqlanan klub isə “Mançester Siti”dir. İngiltərə təmsilçisinin Valverdeni hələ 2025-ci ilin yayından bəri yaxından izlədiyi bildirilir. Bununla belə, vurğulanır ki, futbolçunun özü “Kral klubu”nu tərk etmək niyyətində deyil.
Qeyd edək ki, Valverde cari mövsümdə iştirak etdiyi 48 matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı ulduz yarımmüdafiəçinin bazar dəyərini 120 milyon avro olaraq göstərir.
Bakı 




