q
  • Bakı 17° C

    0.04 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Vado Korovinin kürəkəni də "Space"dən getdi

CƏMİYYƏT

14 May 2026 | 20:34

Vado Korovinin kürəkəni də Spacedən getdi

"Space" televiİyasının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin də kanaldakı işinə son verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəriman Əbdüləliyev sosial şəbəkə hesablarında məlumat paylaşıb. 

"Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı. Space TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Kanalın ən çətin dövrlərində belə komandamızla birlikdə efiri qorumağa, yeni layihələr qurmağa və tamaşaçı marağını yenidən artırmağa çalışdıq. Müəyyən dövrdə Space-in ölkənin ən çox izlənilən ikinci televiziya kanalına çevrilməsi də bu zəhmətin nəticəsi idi.

Bu müddətdə qəbul olunan bir çox qərarın doğru və faydalı olduğuna inanıram. Ən əsası isə, bütün çətinliklərə baxmayaraq, prosesləri dağıtmadan və sabitliyi qoruyaraq bu mərhələni tamamlaya bildik.

Mənim üçün ən dəyərli məsələlərdən biri də gənc kadrların təcrübəli televiziya işçiləri ilə birlikdə yetişməsi və bu sinerjinin kanala yeni nəfəs gətirməsi oldu.

Son dövrlərdə kanalın stabilliyi, efirin davamlılığı və proseslərin idarə olunması üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım.

Bu gün göstərilən səmimiyyətə və münasibətə görə kollektivə ayrıca təşəkkür edirəm. Həyatda insanın necə qarşılanmasından çox, necə yola salınması yadda qalır. Space kollektivinə və yeni rəhbərliyə uğurlar arzulayıram", - deyə o bildirib. 


SON XƏBƏRLƏR