q
  • Bakı 17° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Toyda kilolarla qızıl taxılmışdı, BOŞANDILAR 

CƏMİYYƏT

14 May 2026 | 14:35

Toyda kilolarla qızıl taxılmışdı, BOŞANDILAR 

Türkiyəli müğənnilər Burak Bulut və Eda Sakız 9 aydan sonra boşandılar.

Bakıvaxtı.az xəbər verir ki, cütlüyün boşanması maqazin gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Türkiyə mətbuatının məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında bir iclasdaca boşanıblar.

Bir müddətdir cütlüyün birlikdə görüntülənməməsi və sosial şəbəkələrdəki dəyişikliklər ayrılıq iddialarını gücləndirmişdi. Xüsusilə Eda Sakızın sosial media hesabından “Bulut” soyadını silməsi diqqət çəkmişdi. Boşanma xəbərlərindən sonra həm Burak Bulut, həm də Eda Sakız açıqlama verərək xəyanət iddialarını təkzib ediblər. Burak Bulut bildirib ki, qərarı birlikdə qəbul ediblər və münasibətlər hörmət çərçivəsində bitib:

“Edanın bana bir yanlışı olmadı, benim Edaya bir yanlışım olmadı.”

Müğənni keçmiş həyat yoldaşı haqqında sosial şəbəkələrdə yazılan sərt rəylərə də reaksiya verib və istifadəçiləri təhqiramiz şərhlər yazmamağa çağırıb.

Eda Sakız isə yayılan şayiələrin həqiqəti əks etdirmədiyini deyərək insanların şəxsi həyatları üzərindən “əsassız ssenarilər” qurulmasını üzücü hesab etdiyini bildirib.

Xatırladaq ki, cütlük 2025-ci ilin avqustunda İstanbulda möhtəşəm toy mərasimi ilə evlənmişdi. Toyda taxılan qızıllar və təşkil edilən after party uzun müddət Türkiyə mediasının gündəmində qalmışdı.


SON XƏBƏRLƏR