q
  • Bakı 21° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Tramp-Si Cinpin görüşü: böyük güclər toqquşur, yoxsa dostlaşır?

DÜNYA

14 May 2026 | 08:17

Tramp-Si Cinpin görüşü: böyük güclər toqquşur, yoxsa dostlaşır?

Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, görüşdə İran və Tayvana qədər qlobal təsirləri olan bir çox məsələlər müzakirə olunacaq.

ABŞ lideri Donald Tramp həmkarı Si Cinpinə ABŞ və Çin arasında möhtəşəm gələcək vəd edib: 

"Sizinlə birlikdə olmaq şərəfdir. Sizin dostunuz olmaq şərəfdir və Çin ilə ABŞ arasındakı münasibətlər əvvəlkindən daha yaxşı inkişaf edəcək. Birlikdə möhtəşəm bir gələcəyimiz olacaq".

Öz növbəsində, amerikalı həmkarını qəbul etməkdən məmnun olduğunu bildirən Si Cinpin bir çox fərqliliklərinə baxmayaraq, iki ölkənin rəqib yox, tərəfdaş olmalı olduğunu vurğulayıb:

"Əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Qarşıdurma isə hər ikisinə zərər verir. Biz rəqib yox, tərəfdaş olmalıyıq. Bir-birimizə uğur qazanmaq və birlikdə çiçəklənmək üçün kömək etməliyik. Beləliklə, bu yeni dövrdə böyük güclər arasında yeni bir yaxşı anlaşma kursu müəyyənləşdirməliyik".

Aydın


SON XƏBƏRLƏR

13 May 2026