q
  • Bakı 19° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Rövşən Rüstəmov: "Bu marşrut gündəlik 200 min sərnişinin..." - VİDEO

CƏMİYYƏT

13 May 2026 | 21:23

Rövşən Rüstəmov: Bu marşrut gündəlik 200 min sərnişinin... - VİDEO

"Abşeron dairəvi marşrutu 14 stansiyanı əhatə edirdi. Bu daşıma marşrutuna yeni bir dayanacaq – Dərnəgül dayanacağını da əlavə etdik. Bununla da bizim dairəvi dəmir yolunda olan sərnişin coğrafiyamız bir qədər də genişləndi".

Bakıvaxtı.az xəbər verir ki, bunu ADY sədri Rövşən Rüstəmov deyib. 

"Amma mövcud dairəvi marşrutun daha da genişləndirilərək yeni əhatə olunmayan istiqamətlərə çatdırılması da önəm daşıyan məsələlərdən biridir. Ötən ilin əvvəlində cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramı ilə bu sərnişindaşıma coğrafiyası bir qədər də genişlənəcək. Bura Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutunun açılması daxildir ki, bu üç istiqamət sərnişin daşımalarında hazırda olan günlük daşınan 42 min nəfər sərnişin sayının təxminən 200 min nəfərə çatmasını təmin edəcək. Digər tərəfdən, mövcud 15 stansiyanın sayı 40-a çatdırılacaq. Bu, özlüyündə sərnişinləri dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin etmiş olacaq", - deyə ADY sədri qeyd edib. 

 


SON XƏBƏRLƏR