"Yeşilçam" aktyoru Mətin Akpınar İzmirdə yerləşən enerji şirkətlərindən birində ona məxsus olan səhmləri satır.
Bakıvaxtı.az xəbər verir ki, aktyorun sahib olduğu 476 min 399 ədəd paydan 8 milyon lirə (300 min manat) əldə edəcəyi bildirilib.
Qeyd edək ki, Akpınar son illər qeyri-rəsmi münasibətlərindən olan övladları ilə gündəmə gəlib. Aktyor 1961-ci ildən Göksel Özdoğdu ilə evlidir. İllər sonra onun nikahdankənar Duyğu və Sevgi adlı qızlarının olduğu ortaya çıxıb. Həmçinin aktyorun Almaniyada yaşayan bir oğlunun da olduğu deyilir.
Bakı 




